“İQNA”-nın “France 24”-ə istinadən verdiyi xəbərə görə, BƏƏ minlərlə şiə məzhəbli pakistanlı vətəndaşı ölkədən deportasiya edib.
Bu addım yalnız deportasiya ilə məhdudlaşmayıb; BƏƏ həmin şəxslərin illərlə zəhmət və əmək hesabına topladıqları bütün əmlaklarını, bank hesablarını və sərvətlərini dondurub və onları faktiki olaraq əliboş şəkildə Pakistana qaytarıb.
Bu hadisə Əbu-Dabi ilə İslamabad arasında gərginliyin artmasından sonra baş verib.
Cənub-Şərqi Asiya üzrə New Lines jurnalının redaktoru Surbhi Gupta bildirib ki, BƏƏ bu cəza tədbiri çərçivəsində son iyirmi il ərzində bu Körfəz ölkəsini öz evi hesab edən 15 min pakistanlı şiəni ölkədən çıxarıb.
4350100