
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi):
Bu gün əhəmiyyət kəsb edən məsələlərdən biri də düşmən dəyirmanına su tökən və müsəlmanlar arasında fitnə və təfriqə alovunu gücləndirən peyk TV kanalları ilə mübarizə aparmaq və bu cür təxribçi və təxribatçı kanalları insanlara tanıtdırmaqdır.
İslam dini və Quranın üzərində təkid etdiyi məsələlərdən biri də müsəlmanların vəhdətini qorumaqdır. Vəhdət İslamın özüdür. Allah-Taala Quranda buyur ki, - «واعتصموا بحبل الله جمیعا و لاتفرقوا» - Hamılıqla Allah ipinə sarılın və ayrılmayın.
Amma təəssüflər olsun ki, İslam düşmənləri müsəlmanların cahil və korfikir ünsürlərindən istifadə edərək İslami məzhəblərin arasında təfriqə və təkfirçilik kimi qorxulu cərəyanları yarada biliblər.
İran İslam İnqilabının ilk günlərindən İmam Xomeyni və ondan sonra isə Ali Dini Lider İmam Xamenei bu məsələyə həmişə önəm vermiş və vəhdəti aradan aparacaq hər bir addım ilə mübarizə aparmışlar.
İmam Xomeyninin (r.ə) 1357 və 1360 –cı şəmsi illərindəki (1978 -1980) tövsiyələrindən: "Ümid edirəm ki, qardaş olaq, hamılıqla ölkəmizin məsləhəti üçün çalışaq, istikbarçı qüvvələrin əlini ölkəmizdən kəsək. Bütün müsəlmanlar "etisam" ayəsinə ciddi yanaşsınlar... Müsəlmanlar bir olsaydılar bu qədər zəlil olmazdılar. Biz çalışıb bir ola bilmədik, amm əcnəbilər çalışdılar bizi öz xeyirlərinə parçaladılar".
İmam Xamenei vəhdət haqqında buyurur: "Sünni və Şiə arasında ayrılıq salmaq istəyənlər, vəhdət əleyhinə olanlar, məzhəb bəhanəsiylə milli birliyə zərər vuranlar düşmən muzdurudur, şiə olsun ya sünni, bilərəkdən olsun ya səhvən fərq etməz... Düşmənlər təkfirçiliyi və onların cinayətlərini yayaraq İslamı dünya insanlarının gözündən salmaq istəyirlər. Şübhəsiz ki, bu məsələ birdən çıxmayıb ortaya, düşmən bunun üçün uzun zamanlar proqram hazırlayıb".
Qərbin müsəlmanlar arasında təfriqə toxumu səpmək və məzhəb savaşına gücləndirmək üçün icra etdiyi proqramlardan biri də müxtəlif cahil ünsürlərdən istifadə edərək Sünni ya Şiə müdafiəsi üçün peyk TV kanallarının fəaliyyətidir.
Bu kanallardan ən aktivləri və fitnə alovunu gücləndirənlərə misal olaraq "Fədək", "Əhlul-Bəyt" və "Salam"a işarə etmək olar ki, qərbin proqramı əsasında və onların maddi yardımı ilə fəaliyyət edirlər.
"Əhlul-Bəyt" kanalı:
Həsən Allahyari adlı bir muzdur tərəfindən müdiriyyət olunur. Bu TV kanal rəisi "Möhsiniyyə" (Həzrət Möhsinin (ə) ana bətnindən siqt olması), "Eyduz-Zəhra (s)" (Ömərin qətli) və digər bu cür proqramların icrasına və yayılmasına təşəbbüs göstərir.
Allahyari İmam Xomeyni (r.ə) kimi bir insanı Əməvi və Abbasi xəlifələri ilə bir hesab edir.
Allahyari deyir ki, biz "zühur" üçün heç bir iş görməməliyik.
O, şiələri qəməvurmaq kimi axmaq hərəkətlərə təşviq edir.
O, "höccətiyyə" cərəyanını və şiələrin digərlərini söyməyini təbliğ edir.
"Əl-İslam" kanalı:
Bu kanal sekulyar və siyasətsiz İslam, başqa sözlər desək Amerika İslamını təbliğ etməklə məşğuldur. Kanalın müdiri Məhəmməd Hidayəti adlə birisidir.
Əslində isə onlar İranın daxili işlərinə qarışır, İslam dövlət rejiminin əleyhinə təbliğat aparır, əhli-sünnə məzhəbini təhqir edir, qəməvurmaq kimi işləri təbliğ edir, hətta bunu Quranla əsaslandırırlar.
"Fədək" kanalı:
Bu kanalın iş-gücü yalnız əhli-sünnə müqəddəslərini şiələr adından təhqir etməkdir. Bu kanalı 2011-ci ildən başlayaraq Yasir Yəhya Abdullah Əl-Həbib adlı bir münafiq idarə edir. O, 1977-ci ildə anadan olub və Küveyt universitetinin Siyasi Elmlər fakultəsinin məzunudur.
O, 25 yaşında ikən əhli-sünnəni təhqir etdiyi üçün Küveyt dövləti tərəfindən həbs olundu. Üç ay həbs çəkdikdən sonra Amerika Xarici İşlər Nazirinin təkidi ilə həbsdən azad olunur və İngiltərəyə gedir. O, burada "shianeüspaper" qəzetini və İmam Əsgəri (ə) mədrəsəsini təsis edti.
Bundan sonra isə "Seyyiduş-şühəda" adlı böyük bir hüseyniyyə tikdirərək iş yerini bura köçürdü və həmin vaxtda "Fədək" peyk kanalını da təsis etdi.
O, Ayişənin öldüyü gün bayram keçirərək bunu canlı yayımda efirə verdi.
Bu hadisədən sonra Ayətullah Xamenei belə bir fətva verdi: "Əhli-sünnə müqəddəslərini təhqir etməj və Peyğəmbərin (s) xanıma töhmət vurmaq haramdır".
Yasir Əl-Həbib bu fətvadan sonra İmam Xomeyni, İmam Xamenei, Seyid Şəhid Sədr, Ayətullah Sistani, Ayətullah Behcəti və digərlərini qəmə vurmağı haram saydıqlarına və vəhdət çağrışı etdiklərinə görə təhqir etdi.
İslami Vəhdət və Məzhəblərin Yaxınlaşması
Bu cür kanallar ilə mübarizə aparmaq və qərb siyasətini bu yönəmdə zərərsizləşdirmək üçün müsəlmanların birliyini və məzhəblərin yaxınlaşmasını təmin etmək üçün "Təqrib" peyk kanalının təsis edilməsi zəruridir.