IQNA

Yəmənli qadınların Quran və Məscidül-Əqsaya dəstəyi üçün keçirdiyi aksiya

15:11 - May 23, 2026
Xəbər sayı: 3500385
İQNA – Yəmənli qadınlar Quran‑ı Kərimə, Məscidül‑Əqsaya və Fələstinə dəstək məqsədilə, həmçinin Livan və müqavimət döyüşçüləri ilə həmrəylik nümayiş etdirmək üçün ölkənin paytaxtı Sənada aksiya keçiriblər.

“İQNA”-nın “26 Sentyabr” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə,       Yəmənin paytaxtı Səna bazar ertəsi – 18 may tarixində, Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin əl‑Husinin çağırışına cavab olaraq, Quranı-Kərimə, Məscidül‑Əqsaya və Fələstinə dəstək, Livan və müqavimət döyüşçüləri ilə həmrəylik və qarşıdakı çətinliklərə qarşı yüksək hazırlıq mesajı vermək məqsədilə Əs‑Səvra parkının qərb tərəfində genişmiqyaslı qadın yürüşlərinə şahidlik edib.

Aksiya iştirakçıları Quran nüsxələrini və ilahi kəlamın cildlərini qaldıraraq, amerikalılar və sionistlər tərəfindən Quran‑ı Kərimə – İslam ümmətinin ən müqəddəs dəyərinə – təkrarlanan təhqirləri pisləyən şüarlar səsləndiriblər. Onlar bildiriblər ki, Qurana təhqir, bu müqəddəs kitabın ucalığına layiq mövqe ortaya qoyulmadan cavabsız qalmayacaq bir cinayətdir.

İştirakçılar Allahın düşmənlərindən uzaq durmağı ifadə edən şüarlar səsləndirib və yəmənlilərin Qəzzaya, Fələstin xalqına və Livandakı müqavimət döyüşçülərinə dəstək mövqeyinin Quranı, əxlaqi və insani bir prinsip olduğunu vurğulayıblar.

Qadınlar həmçinin Quran‑ı Kərimə bağlılıqlarını, Allah yolunda cihada sədaqətlərini, müqəddəsləri və ümmətin haqlı dəyərlərini müdafiə etmək əzmlərini, eləcə də İslam, müsəlmanlar və onların müqəddəslərini hədəf alan sionist‑amerikan düşmənlərinin planlarına qarşı dayanmaq iradələrini bir daha bəyan ediblər.

Aksiyada mədəni fəal Hənan əş‑Şami tərəfindən oxunan bəyanatda dünya müsəlmanlarına, ərəb və İslam xalqlarına müraciət edilərək, Allah yolunda cihad istiqamətində ciddi və səmimi addımlar atmaqla öz məsuliyyətlərini yerinə yetirmələri tələb olunub.

Bəyanatda həmçinin sionist layihəsinə – İslam və müsəlmanların düşməninə – qarşı mübarizə aparmaq üçün boykot kampaniyalarının gücləndirilməsi, şəhərlərdə və paytaxtlarda milyonluq yürüşlərin keçirilməsi, ümmətə və İslam müqəddəslərinə, xüsusilə Quran‑ı Kərim və Məscidül‑Əqsaya qarşı yönəlmiş düşmən hücumlarına qarşı geniş ictimai səfərbərlik çağırışı yer alıb.

Bəyanatda vurğulanıb ki, ən böyük təhlükə sionist yəhudilərin və onların müttəfiqlərinin təcavüzkar planlarına qarşı səhlənkarlıq və biganəlik göstərməkdir.

Bəyanat, həmçinin, İzzəddin əl‑Qəssam briqadalarının komandiri İzzəddin əl‑Həddadın şəhadətinə görə Qəssam mücahidlərinə başsağlığı verib və bildirib ki, bu fədakarlıqlar müqavimətin gücünü, iradəsini, dözümünü və cihad yoluna davamlı bağlılığını daha da artıracaq.

Sonda bəyanatda Qəzzaya dəstək, Məscidül‑Əqsanın və Fələstinin hər qarış torpağının azad edilməsi uğrunda mübarizə və əsirlərin azadlığına qədər onların yanında dayanmaq kimi Quranı, dini və əxlaqi mövqedə heç bir təlatüm olmayacağı vurğulanıb.

4353304

Teqlər: yəmən ، qadın ، quran ، məscidül-Əqsa
captcha