IQNA

İŞİD (İraq və Şam İslam dövləti) Misir və Liviya sərhədlərində yeni “MLİD” terrorist qruplaşması yaradır

8:44 - February 16, 2014
Xəbər sayı: 1375484
Beynəlxalq qrup: Misir mənbələri DAEŞ-in (İraq və Şam İslam dövləti) Liviya və Misir sərhədlərində təkfirçilərdən istifadə edərək və onları təhrik edənlərin köməyi ilə yeni “MLİD” (Misir və Liviya İslam Dövləti) terrorist qruplaşması yaratdığını xəbər verdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) BURASA xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Misirin alirütbəli təhlükəsizlik mənbələrinin verdiyi məlumata əsasən “İxvanul-Müslimin” hərəkatına bağlı təkfirçü ünsürlər və DAEŞ (İraq və Şam İslam dövləti) Liviya və Misir sərhədlərində təkfirçilərdən istifadə edərək və onları təhrik edənlərin köməyi ilə yeni “MLİD” - “Mirs və Liviya İslam Dövləti” terrorist qruplaşması yaradıb.
Mənbələrin verdiyi məlumata görə bu yeni yaranmış terrorist təşkilat “İxvanul-Müslimin”in tərəfdarları olan ifratçı ünsürlər tərəfindən himayə edilir və DAEŞ-in (İŞİD) köməyi ilə təşkil olunubdur.
Misir mənbələri vurğulayır ki, yeni terrorist qruplaşmaya barəsində edam hökmü çıxarılmış Sərvət Şəhatə adlı bir terrorist rəhbərlik edir. O, əvvəllər Misirin “CİHAD” təşkilatının üzvi olmuşdur.
Misir təhlükəsizlik qüvvələri bu təşkilatlar arasında göndərilən məktubları kontrol edərək terrorist ünsürlərdən birini ələ keçirmişlər.
Misir mənbələri bildirirlər ki, İxanul-Müsliminin xaricə qaçmış ifratçı qüvvələri Misir sərhədlərindən kənarda beynəlxalq təşkilatlar yardaraq qarşıdan gələn prezident seçkiləri üçün proqramlar hazırlayırlar.

1375046

captcha