İQNA-nın (Beynəlxaql Quran Xəbər Agentliyi) İİR-nın prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə İran İslam Respublikasının prezidenti Höccətul-İslam vəl-müslimin Dr. Ruhani dünən (3 mart 2014) Ərəbistanın yeni səfirini qəbul edərkən dedi: “Tehran bütün islam ölkələri və qonşuları və xüsusi ilə də Ərəbistanla səmimi əlaqələrini genişləndirmək niyyətindədir”.
Həsən Ruhani bu gün Ərəbistanın Tehrandakı yeni səfiri- Əbdürrəhman bin Qərman Əl-Şəhrinin etimadnaməsinin təqdimat mərasimində iki ölkənin region və dünyadakı yerlərinə işarə edərək, deyib: Tehran və Ərriyad bir-biriləri ilə əlaqələri genişləndirib, dərinləşdirmək üçün diqqətəlayiq imkanlara malikdirlər.
Ruhani əlavə edib: Regionda və bəzi islam ölkələrində müharibə və döyüşlər gedir və ifratçılıqla terrorçuluq bütün regionun stabilliyini təsir altına alıb və islam məzhəbləri arasında yersiz və qeyri-düzgün ixtilaflar regionda hamı üçün xoşagəlməz atmosfer yaradıbdır ki, mütləq iki ölkənin həmkarlığı ilə region üçün daha qənaətbəxş şərait yaranacaqdır.