İQNA-nın (Beynəlxalq Quran Xəbər Agnetliyi) “şərqnyuz” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə Mavritaniyanın paytaxtı Nuakeşot şəhərində Quran-Kərimi təhqir edənlərə qarşı keçirilən aksiyalar bir cavanın ölümi və digər bir-neçə nəfərin yaralanması və həbsi ilə nəticələnib.
Tibbi mənbələrin verdiyi məlumata görə Nuakeşot şəhər sakini olan bir cavan naməlum şəxslər tərəfindən Quran-Kərimin təhqir edilməsinə qarşı keçirilən aksiyalarda öldürülüb.
Aksiyalarda “Əllahu Əkbər” və “cinayətkar kafirlərə ölüm” şüarı səsləndirən etirazçı müsəlmanların mitinqi polis və təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qazlardan istifadə edərək dağıdılıb.
Bu aksiyalarda mavritaniyalı vətəndaşlardan bəziləri həbs edilib və mitinq keçirilən yerlərdə şiddətli təhlükəsizlik tədbirləri icra olunur.
Nuakeşot məscidinin İmamının dediklərinə görə keçən bazar günü “Xalid bin Vəlid” məscidinin önündə bir maşından dörd nəfər düşərək məscidin dəstəmazxanasında olan Quranları görtürmüşlər və insanların gözü önündə parçlamışlar.
Bu xəbərin yayılmasının ardınca mavritaniyalı müsəlmanlar president iqamətgahının qarşısında aksiyalara başlamışdılar ki, bu mitinqlər polis və təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qazlardan istifadə edərək dağıdılıb və iş zorakılıq dərəcəsinə çatdırılıb.