IQNA

Həzrət Məhəmmədin (s) viladət bayramında 20 min gül şaxəsi paylandı

9:20 - April 08, 2014
Xəbər sayı: 1391808
Beynəlxalq Şiə Xəbər Həmkarlığı: Həzrət Məhəmmədin (s) miladi təqvim ilə mövlud günü Avstriyalı müsəlman cavanlar maraqlı təşəbbüs göstəriblər. Onlar paytaxtda yaşayan 20 min vətəndaşa üzərinə bir hədis yazılmış bir şaxə gül hədiyyə ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ŞƏFƏQNA"ya (Beynəlxalq Şiə Xəbər Həmkarlığı) istiandən verdiyi xəbərə görə Avstriyapaytaxtında yaşayan gənc müsəlmanlar miladi təqvimi ilə Həzrət Məhəmmədin (s) döğum gününü qeyd ediblər.
Verilən məlumata əsasən Avstriya paytaxtının cavan müsəlmanları "9 apreli" təntənə ilə qeyd ediblər. Onlar miladi təqvilmlə 571- ci il aprelin 9- da dünyaya gələn istəkli Peyğəmbərimizin (s) mövlud günü münasibəti ilə güllər və O Həzrətin hədisini paylayıblar. Bir gül şaxəsi və “Bağışlamayan kəs bağışlanmayacaqdır” hədisi cavanların hədiyəsi olub.
Məmduh Əl-Əttar – təşəbbüsü keçirmə təşkilatının başçısı, bu təşəbbüsdə 300 gənc oğlan və qız iştirak etdiyini və qeyri- müsəlmanların da təşəbbüsə qoşulduğunu deyib.
Önündə “biz peyğəmbərimizi sevirik” yazılmış vahid formalı oğlan və qızlar hədiyyələri paytaxt Vyanada ölkə parlamenti qarşısında və 26 təşkilatın yerləşdiri ərazidə paylayıblar.
Bu addımın əsas məqsədi ölkədə müsəlmanlarla xristianlar və yerli əhali arasında dostluq və səmimiyyət atmosferi yaratmaq olub.
Məlumatlara əsasən, təbdirə müsəlman olmayan qızlar dəstəsi də qatılıb.- (Əl-Mühit xəbər agentliyi).

70252

captcha