IQNA

İslami Həmkarlıq Təşkilatı bu gün Mərkəzi Afrikaya gəldi

9:10 - April 30, 2014
Xəbər sayı: 1401414
Beynəlxalq qrup: İslami Həmkarlıq Təşkilatına üzv ölkələrin yüksək rütbəli məmurlarından ibarət bir heyət müsəlmanların vəziyyətini yoxlamaq üçün bu gün - 29 aprel 2014-cü il, Mərkəzi Afrikanın paytaxtı Banguişəhərinə gəldi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "guineenews" xəbər saytına istinadən verdiyi xəbərə görə Ginenin xarici işlər naziri Lunensi Fal, bu gün (29 aprel 2014) İslami Həmkarlıq Təşkilatına üzv ölkələrin 14 nəfər yüksək rütbəli məmurlarından ibarət bir heyət ilə Mərkəzi Afrikanın paytaxtı Bangui şəhərinə gəldi.
HeyətTürkiyə, Ərəbistan, Misrin xarici işlər nazirləri və İslami Həmkarlıq Təşkilatının Mərkəzi Afrikanın işləri üzrə xüsusi nümayəndəsindən ibarət idi.
Bu heyətin Mərkəzi Afrikaya göndərilməsi cari ilin əvvəllərində qərara alınmışdı. Onlar üç gün paytaxtBanguidə qalaraq bu ölkənin rəsmiləri ilə danışıqlar aparacaqlar. 
Bu danışıqlar bir halda aparılır ki, bu ölkənin son müsəlmanları neçə gün öncə "anti blaka" radikal qruplaşmasının hücumlarından canlarını qurtaqmaq üçün Çad ölkəsinin sərhəd rayonlarına köç etmişlər.
Nümayəndələr heyəti Mərkəzi Afrikada müsəlmanlara qarşı törədilmiş vəhşiliklərin şahidləri yaxından söhbət edəcəklər.

1400939

captcha