IQNA

İİR prezidenti Dr. Ruhanininiştirakı ilə;
9:18 - May 25, 2014
Xəbər sayı: 1410436
Beynəlxalq qrup: Bu gün (25 may 2014) İslami radio-televiziyalar birliyinin VII toplantısı İran İslam Respublikası prezidenti Höccətul-İslam vəl-müslimin Dr. Həsən Ruhaninin iştirakı ilə Tehranda öz işinə başlayır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə bu gün, Hicri-Şəmsi tarixi ilə 4 xordad 1393-cü il (25 may 2014) İslami radio-televiziyalar birliyinin VII toplantısı İran İslam Respublikası prezidenti Höccətul-İslam vəl-müslimin Dr. Həsən Ruhaninin iştirakı ilə İranın paytaxtı Tehranda öz işinə başlayır.
Bu toplantı İran İslam Respublikası və bütün dünya müsəlmanlarının məsul şəxsləri, mütəfəkkirləri, mədəni işlər məsullar və KİV adamlarının iştriakı ilə İİR-nın Tele-Radio şirkətlər birliyinin daimi toplantı salonunda üç gün müddətində keçiriləcəkdir.
Birliyin bu ilki toplantısının şüarı "Oyanış KİV-ləri, Müqavimətin səsi, məzhəbi fitnələrlə mübarizə"dir və bu toplantıda dünyanın bu günki böhranı, KİV-lər və birliyin daxili məsələləri kimi üç əsas mövzu müzakirə ediləcəkdir.
Birinci toplantıda "Fələstin və İslami Müqavimət", Suriya və "təkfirçilik və məzhəbi fitnəçilik" kimi məsələlər müzakirə obyekti olacaqdır. İkinci toplantıda isə yeni KİV və soyuq müharibə mövzusu müzakirə ediləcəkdir.
Qeyd edək ki, İslami radio-televiziyalar birliyinin VII toplantısı həfətnin ikinci günü may ayının 27-də Əli Cənnəti – İslam Mədəniyyət və İrşad Nazirini, Hüseyn Əmir Əbdullahiya – Xarici İşlər Nazirinin müavini və başqalarının iştirakı ilə keçiriləcək mərasimdə öz işini sona çatdıracaq.

1410126

Ad:
E-poçt:
* Comment:
* captcha: