İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "zonebourse" internet saytına istinadən verdiyi xəbərə görə Mərkzəi Afrikanın müvəqqəti dövlət başçısı televiziyada "PK5" regionunda müsəlmanların tərkisilah ediləcəyi barədə çıxışından sonra Mərkəzi Afrikanın paytaxtında bu regionda yaşayan yüzlərlə müsəlman may ayının 31-də aksiya keçirərək dövlətin müsəlmanlara qarşı həyata keçirilən zorakılıq faktları qarşısında ikili siyasətlərinə qarşı etirazlarını bildirdilər.
Banguili müsəlmanlar əllərindəki silahların özlərini ifratçı məsihilərdən qorumaq üçün dövlət tərəfindən onlara verildiyini israrla vurğulayaraq dövlətin "anti-blaka" ifratçı məshilərin müsəlmanlara qarşı həyata keçirdikləri zorakılıq faktları qarşısında ikili siyasətlərinə qarşı etirazlarını bildirdilər.
Osman Əbubəkr, bu etiraz aksiyasını təşkil edənlərdən biri, öz çışı zamanı dedi: "Biz özümüzü ifratçı məsihilərdən qorumaq üçün silahlanmışıq, çünki heç kim bizi qorumaq haqqında düşünmür. Əgər dövlət "PK5" regionunda müsəlmanları tərkisilah edirsə, bunu paytaxtın bütün regionlarında həyata keçirilməlidir, çünki şəhərin bütün regionları silaha qurşanmışdır".
O vurğuladı: "Biz ifratçı məsihi dəstəsi "anti-blaka"çıların vəhşi hücumlarının qurbanıyıq. Elə buradan da beynəlxalq ictimaiyyətdən tələb edirik ki, bizim bu müsibətdən xilasımız və qurtuluşumuz üçün addım atsınlar. İfratçı məsihilər bizim evlərimizi qarət etdilər və məscidlərimizə od vurdular".
Aksiyaçılar onların silahlandırılmasının dövlət tərəfindən özlərini ifratçı məsihi dəstəsi "anti-blaka"çıların vəhşi hücumlarından qoruması üçün olduğunu önə çəkərək, müvəqqəti dövlət başçısının bu cür çıxışından təəccübləndiklərini vurğulayıblar və "anti-blaka"çılara qarşı ciddi tədbir görülməsini və müsəlmanların təhlükəsiz bir regiona daşınmasını istəyiblər.