IQNA

Qəzzə od və qan içində / Şəhidlərin sayl 165-i ötdü / Ərəb Birliyi təcili iclas çağırdı

10:19 - July 14, 2014
Xəbər sayı: 1429418
Beynəlxalq qrup: Ərəb ölkələrinin Xarixi İşlər Nazirləri çox gecikmiş bir reaksiyada bulunaraq, bu gün (14 iyun) üçün təcili iclas təşkil edəcək və sionistlərin Qəzzə zolağına təcavüzü barədə müzakirə aparacaqlar!

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-cəzirə" peyk kanalının internet səhifəsinə istinadən verdiyi xəbərə görə Ərəb Birliyinə üzv olan Ərəb ölkələrinin Xarici İşlər Nazirləri çox gecikmiş bir reaksiyada bulunmuş və bu gün (14 iyun) üçün təcili iclas çağıraraq sionistlərin Qəzzə zolağına təcavüzü barədə müzakirə aparmaq və bu barədə işğalçı sionist rejimi əleyhinə güclü bir reakisya göstərmək üçün Qahirədə görüşəcəklər.
Bu təcili iclası hal-hazırda Ərəb Birliyinə rəislik edən Küveyt dövləti təklif etmişdir.
Əziz Əddiyhani – Küveytin "Ərəb Birliyi"ndəki daimi nümayəndəsi, açıqlamışdır: "Küveyt Ərəb ölkələrindən istəyibdir ki, İsrail rejiminin Qəzzə sahillərinə hücumu və bunun mənfi nəticələri barədə təcili toplantı keçirsinlər".
Bu arada Fələstindən gələn xəbərlərdə bildirilir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi hesabata görə cinayətkar sionist rejiminin Qəzzə zolağına havadan təcavüzü nəticəsində şəhid olanların sayı 165 nəfəri ötüb və yaralıların sayı 1092 nəfər çatmışdır.
Əşrəf Əlqədrə - Fələstin Səhiyyə Nazirliyinin sözçüsü, dünən sübh (13 iyun) özünün Facebook səhifəsində yazdı: "Cinayətkar sionist rejiminin Qəzzə zolağına havadan təcavüzü nəticəsində şəhid olanların sayı 165 nəfəri ötüb və yaralıların sayı 1092 nəfər çatmışdır".
Bu xəbərə əsasən sionist rejiminin bombardmançı təyyarələri dünən sübh (13 iyun) Qəzzə zolağının şimal və cənub bölgələrinə havadan yeni zərbələr endirməyə başlamışlar. Bu zərbələr nəticəsində də 3 fələstinli şəhid olmuşdur.

1428938

captcha