İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "On İslam" xəbər saytına istinadən verdiyi xəbərə görə "əlillər evi"nin yaxınlığında yaşan İzzuddin Əli - 26 yaşlı fələstinli cavan, sionist rejiminin "əlillər evi"nə hücumu barədə dedi: "Onlar da heç rəhm yoxdur. Görəsən əlillər də "müqavimət" qüvvələrinin sıralarında və "müqavimət" üzvi idilərmi?".
İzzuddin Əli əlavə etdi: "Bu düşmənlər fələstinli sakinləri əmniyyət və təhlükəsizlik hiss etdikləri yerlərdə də güllə hədəfinə alırlar".
Xəbərə görə "əlillər evi"nin müdiri sübh çağı klinikanın damına raket zərbəsinin enməsini səsini eşitdi. Birdən partlayış baş verdi. Qəzzənin şimalında yerləşən bu "əlillər evi" və klinikasında ən azı iki nəfər əlil öz həyatını itirdi. Neçə nəfər də yaralandı.
Bu xəbərdə deyilir ki, sionistlər başqa bir hücumda şəhərin məscidlərindən birinə havadan raket zərbəsi endirərək, Sübh namazına məscidə getmiş dinc sakinləri qətlə yetirmişlər.
Məscidin Camaat İmamı dağılmış məscidin altından cavanları kənara çəkmək istəyərkən açıq bir Quran tapır ki, bu ayəni göstərirdi: "Qəti qələbə o kəslərindir ki, müqavimət göstərirlər".
İsrail rejimi keçən həftənin ikinci günündən başlayaraq Qəzzəyə amansız hava zərbələri endirir ki, bu hücumların nəticəsində çox sayda insan həyatını itirmiş və yaralanmışdır.
Hücumlarını "HƏMAS"a qarşı başladığını iddia edən sionist rejim durmadan dinc sakinləri və qeyri-nizamiləri də havadan zərbələrə məruz qoyaraq beynəlxalq qanunları pozur. Bu hücumlar nəticəsində çox sayda qadın və uşaqlar da həyatlarını itirmişlər.