İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Fələstin əl-yəvm" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə "HƏMAS" və "Fələstin İslam Cihadı" qruplaşmalarının ciddi müqaviməti nəticəsində işğalçı sionistlər qurudan başladıqları hücumlarda öz hədəflərinə çatmayaraq məğlubiyyətə uğradılar.
Bu iki hərəkat (HƏMAS və "Fələstin İslam Cihadı") liderləri təkid etdilər ki, sionist düşmənlərlə quru döyüşlərində onlara öz hədəflərini həyata keçirmək icazəsi verməyəcəklər və HƏMAS və "Fələstin İslam Cihadı" həmişə düşmənin qəfil hücumlarını cavablandırmağa hazırdır.
"İslami Cihad Hərəkatı"nın sözçüsü Davud Şəhab dedi: "İsrail rejiminin qurudan hücumlara başlaması bunu göstərir ki, Netanyahu və qoşun havadan hücumlarda öz hədəflərinə çata bilməyib və hava hücumlarından ümidsiz olaraq qurudan hücumə başlayıblar. Çünki havadan hücumların əvvəlində İsrailin Hərbi Hava Qüvvələrinin komandiri demişdi ki, Qəzzəyə qurudan hücum lazım deyil. Halbuki hava əməliyyatı məğlubiyyətə uğradı, Müqvimət raketləri hələ də İsraili hədəf alır və bunda görə də Netanyahu məcbur oldu ki, qurudan da hücuma keçərək öz hədəfinə yaxınlaşsın".
O əlavə etdi: "Müqavimət liderləri təkid edirlər ki, sionist düşmənlərlə quru döyüşlərində onlara öz hədəflərini həyata keçirmək icazəsi verməyəcəklər və HƏMAS və "Fələstin İslam Cihadı" müqavimət hərəkatı həmişə düşmənin qəfil hücumlarını cavablandırmağa gücü çatır və buna hazırdır. Həmçinin İsrailin Qəzzəyə qurudan hücumları məğlubiyyətə məhkumdur. Müqavimət qabaqlar da İsrailin möhtəşəmliyini Rəfəh və Həyyuz-zeytunda sındırıb".
HƏMAS-ın sözçüsü Sami Əbu Zəhri həm öz çıxışında İsrailin Qəzzəyə qurudan hücumlarının məğlubiyyətə uğradığını elan edib.
Anadolu xəbər agentliyinin verdiyi xəbərə görə 12 günlük hücumlar zamanı Fələstinli şəhidlərin sayı 341-ə və yaralıların sayı 2560-a çatmışdır.
Fələstinin "MƏA" xəbər agentliyinin verdiyi xəbərə görə Şəhid İzzud-din Qəsam bölüyü elan edib ki, Müqavimətin tunel ilə Rəyan və Sufa keçidi yaxınlığında Rəfəh şəhərinin şərqində düşmən cəbhəsinin arxasına keçərək həyata keçirdiyi yeni əməliyyatlarında 5 sionist hərbçi məhv edilmişdir. Onlar bundan öncəki əməliyyatda da 6 sionisti məhv etmiş və 3 nəfəri yaralamışdılar.
Sionist rejimi özünün bir yüksək rütbəli zabitinin və iki hərbiçisinin öldüyünü etiraf etmişdir.
Verilən məlumatlarda bildirilir ki, Misr dövləti dünən, 20 iyul, xarici siyasi aktivistlər və tibbi yardımlardan ibarət olan humanitar yardım karvanlarının Rəfəhdən Qəzzəyə girişinə mane olmuşdur.
Misr rəsmisi deyib ki, təhlükəsizlik məsələlərinə görə Fələstin xalqı ilə həmrəylik bildirən 500 nəfər siyasi aktivist və 11 avtobusdan ibarət bu karvanın Qəzzəyə girməsinə icazə verə bilmərik.