IQNA

İran Xarici İşlər Nazirliyinin "Əqsa Məscidi"nə edilən təhqirə qarşı reaksiyası

11:37 - October 27, 2013
Xəbər sayı: 1806
Siyasi qrup: Mərziyyə Əfxəm – İran Xarici İşlər Nazirliyinin sözçüsü, sionist rejimin, yerində sionistlər üçün bir məbəd (sinaqoq) tikmək məqsədilə müsəlmanların birinci qibləsi olan əl-Əqsa Məscidini dağıtmaq və parçalamaq siyasətinin davam etməsini kəskin formada qınayıb.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran Xarici İşlər Nazirliyinin mətbuat və informasiya idarəsinə istinadən verdiyi xəbərə görə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin, yerində sionistlər üçün bir məbəd (sinaqoq) tikmək məqsədilə müsəlmanların birinci qibləsi olan əl-Əqsa Məscidini dağıtmaq və parçalamaq siyasətinin davam etməsini kəskin formada qınayıb.



İRİB-nin məlumatına görə, xanım Mərziyə Əfxəm səmavi dinlərin müqəddəslərinə hörmətsizliyin pislənilməsin zəruri məsələ adlandıraraq, işğal olunmuş Fələstində İslam müqəddəslərinin beynəlxalq qurumlar və İslam təşkilatları tərəfindən müdafiə olunmasının vacibliyinə təkid edib.



Mərziyə Əfxəm daha sonra beynəlxalq təşkilatların öz üzərilərinə düşən vəzifələrə layiqli şəkildə əməl etmələrini və sionist rejimin əl-Əqsa Məscidinə qarşı cinayətlərinin durdurulması istiqamətində ciddi addımların atılmasını istəyib.



1305645


captcha