IQNA

Mənfur " Şeytan Ayələri " kitabının dərcinin qarşısı alınıb

12:16 - June 27, 2010
Xəbər sayı: 1946538
İQNA - Mənfur "Şeytan Ayələri" kitabının "Unikal" adlı qəzet tərəfindən dərcinin qarşısı alınmışdır.
Bu məlumatı Faktxeber.com saytı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadla bildirmişdir.
Qeyd edək ki neçə gün əvvəl saytımızda həmin məsələ yəni " Şeytan Ayələri "-in dərcinə Azərbaycan Respublikasında heç bir etirazın olmaması barədə xəbər dərc olunmuşdu.
Həmin xəbərin ardınca AİP sədri tərəfindən DQİDK-yə açıq məktub ünvanladı. Nəhayət bu gün sözü gedən şeytani hərəkətin artıq qarşısının alındığı barədə məlumat yayıldı.
Unikal adlı qəzet 3 həftə əvvəldən "Şeytan Ayələri"nin dərcinə başlamışdı.
captcha