İQNA İran Quran xəbər agentliyi Əl-Muslim informasiya mərkəzinə istinadən xəbər verir ki, Qəzzə zolağı Quran hifzi və dini işlər idarəsinin müdiri deyib: “Bir aydan da az müddətdə 60 qız və 150 oğlan tələbə Qurani-Kərimin 10 cüzünü əzbərləyə biliblər… Əyalətdən olan 44 tələbə iki həftə ərzində Qurani-Kərimin 15 cüzünü əzbərləyib.”
Qanuni HƏMAS dövlətinin Vəqf və dini işlər üzrə naziri Talib Əbuşer qarşıdakı günlərdə Quran yay kurslarında daha çox tələbənin uğur qazanacağına şübhə etmədiyini bildirib.
610048