IQNA

ISESCO savadsızlıqla mübarizə mükafatını Pakistana verdi

13:21 - July 13, 2010
Xəbər sayı: 1955008
Beynəlxalq sektor: ISESCO İslam təhsil, elm və mədəniyyət təşkilatı müsəlman ölkələr arasında savadsızlıqla mübarizə mükafatını Pakistandakı bir təhsil müəssisəsinə verib.
İQNA İran Quran xəbər agentliyi ISESCO-ya istinadən bildirir ki, ötən gün təşkilatın icra şurasının Mərakeş paytaxtı Rəbatda keçirilən 31-ci konfransının açılışında baş katib Əbdüləziz Osman əl-Tuveycəri mükafatı Pakistan nümayəndəsinə təqdim edib.
Pakistanda 2010-cu ildə “Təhsil hamı üçün” devizi altında xüsusi təhsil proqramı həyata keçirilib. ISESCO-nun bu ilki layihəsində ingilisdilli ölkələr nəzərdə tutulub.

613406
captcha