IQNA

Dünya Müsəlman Liqası Quranyandırma gününü məhkum etdi

14:24 - August 16, 2010
Xəbər sayı: 1974737
Beynəlxalq sektor: Dünya Müsəlman Liqası ötən gün bəyanat yayaraq ABŞ-ın Floridada yerləşən bir kilsəsinin Quranyandırma günü keçirmək təşəbbüsünü məhkum etdi.
İQNA İran Quran İnformasiya Agentliyi Əl-İmaratul-yəvm mənbəsinə istinadən bildirir ki, Dünya Müsəlman Liqasının baş katibi Abdullah ibn Abdulmuhsin əl-Turki Florida kilsəsinin bu aqressiv təşəbbüssünün ağır sonucları barədə xəbərdarlıq edib. Kilsənin başçısı Terri Consun İslam dininə qarşı təhqiramiz ifadələri dini dözümsüzlüyü gücləndirir, dinlər arasındakı münasibətləri gərginləşdirir – bunu baş katib öz bəyanatında dilə gətirib.

634267
captcha