İQNA Quran xəbər agentliyinin Türkiyənin «Todays Zaman» qəzetinə istinadən məlumat verir ki, iclasa Türkiyə prezidenti Abdulla Gül başçılıq edir. İclasda İslami ölkələrdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məsələsi müzakirəyə çıxarılacaq.
İslam ölkələri xarici işlər nazirləri və İKT –də bu sahədə çalışan müəssisələrin nümayəndələri iclasda iştirak edir.
İKT iqtisadi əməkdaşlqı üzrə daimi komitə (COMCEC) kənd təsərrüfatı sahəsində geniş potensiala malikdir. COMCEC 2009-cu ildən islami ölkələrdə ərzaq məhsullarının keyfiyyətinin yaxşılaşması və yoxsulluq problemlərinin həllinə çalışır. 668791