IQNA

İslam Konfransı Təşkilatının İqtisadi əməkdaşlıq üzrə iclası Türkiyədə öz işinə başladı

13:41 - October 06, 2010
Xəbər sayı: 2007785
Beynəlxalq şöbə: İslam Konfransı Təşkilatının (İKT) iqtisadi əməkdaşlıq üzrə daimi komitəsinin iyirmi altıncı iclası İstanbulda öz işinə başladı.
İQNA Quran xəbər agentliyinin Türkiyənin «Todays Zaman» qəzetinə istinadən məlumat verir ki, iclasa Türkiyə prezidenti Abdulla Gül başçılıq edir. İclasda İslami ölkələrdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məsələsi müzakirəyə çıxarılacaq.
İslam ölkələri xarici işlər nazirləri və İKT –də bu sahədə çalışan müəssisələrin nümayəndələri iclasda iştirak edir.
İKT iqtisadi əməkdaşlqı üzrə daimi komitə (COMCEC) kənd təsərrüfatı sahəsində geniş potensiala malikdir. COMCEC 2009-cu ildən islami ölkələrdə ərzaq məhsullarının keyfiyyətinin yaxşılaşması və yoxsulluq problemlərinin həllinə çalışır. 668791
captcha