İQNA Quran agentliyi “Islamic-events” saytına istinadən məlumat verir ki, bu mərasim Barabant Flamand əyalətinin islami icmalar və məscidlər birliyinin dəstəyi ilə keçirilir. Mərasimin keçirilməsindən məqsəd müsəlman olmayan vətəndaşları İslamın əsasları ilə tanış etmək, sülh şəraitində birgə yaşamaq, islami memarlığın təbliği, islami ibadət yerləri və məscidlərin tikilmə qaydaları ilə tanış etməkdir.
“Məscidlərin açıq qapısı” günləri mərasimində həmçinin İslam Peyğəmbəri (s) haqqında çıxışlar edilir, Qurani Kərim və İslam dinin əsasları haqda CD-lər paylanır.
Baramant Flamand əyalətində müsəlman və digər din mənsubalrı Bəraət, Əl-Ehsan, Əl-Rəhman, Yusif və Ənsar məscidlərində təşkil olmuş mərasimlərə qatılır.
671656