IQNA

ABŞ-ın Kemberc şəhər məktəbləri gələn ildən Qurban bayramı günləri tətil olacaq

11:28 - October 13, 2010
Xəbər sayı: 2012034
Beynəlxalq şöbə: ABŞ-ın Masaçust əyalətində Kemberc şəhər məktəbləri gələn ildən Qurban bayramı günləri tətil olacaq.
İQNA Quran agentliyinin “The Boston Channel” -ə istinadən məlumat verir ki, Masaçust əyalətinin təhsil şöbəsi rəsmiləri elan edib ki, bu kimi hərəkətlər Amerikanın Masaçust əyalətində ilk dəfə 2011-ci ildən icra olunacaq.
Kemberc məktəblər komitəsinin rəis müavini “Mark Mak Qavern” bu haqda deyib ki, bu Kemberc şəhər əhalisinin bir qisminin hüquqlarına hörmət əlaməti olaraq icra olunacaq. Bu şəhərdə yaşayn müsəlmanların da hüquqları digər iki din mənsubları kimi rəsmiyyətə tanınıb.
Mak Qavern əlavə edib ki, Kemberc şəhərində islam, yəhudiyyət və məsihiyyət din mənsublarının sayı çoxdur. Bu düzgün deyil ki, məktəblərdə ancaq yəhudi və məsihilərin bayram günləri tətil olsun.
O əlavə edib ki, Kemberc məktəblər komitəsi dünya siyasətlərini dəyişə bilməz, lakin bunu edə bilər ki, öz iş sahəsində və regionunda Kemberc müsəlmanlar icmasına hörmətini saxlasın.
Kemberc şəhər rəsmiləri elan ediblər ki, bu şəhərin məktəbləri Fitir və ya Qurban bayramını təhsil ili boyu tətil edilə bilər.
Bundan öncə Amerikanın Berlinqton, Mişiqan və Dirbern şəhər məktəbləri islami bayramlar münasibəti ilə tətil olunub. 673746
captcha