İQNA Quran agentliyinin Kuveytin “Əl-Ənbiya” qazetinə istinadən məlumatına əsasən, sərginin açılış mərasimində Kuveytin neft, rabitə naziri, Kuveyt İslami incəsənət əsərləri mərkəzinin rəhbəri , Milan şəhər icra başçısı, Kuveyt ziyalıları və İtalyada fəaliyyət göstərən islam ölkələrinin diplomatları iştirak edəcək.
İtalyanın Milan şəhərində sərgilənən islami mədəniyyət incəsənət əsəsrləri , daha sonra dünyanın digər ölkələrində muzeylərdə də sərgilənəcək.
Kuveyt İslami incəsənət əsrələri mərkəzi ilk dəfə “İslami incənət gəncinəsi Kuveytin dəstəyi” adı ilə 1990-cı ildə Rusiyanın Sanq Peterzburq şəhərində təşkil olunmuşdu. İkinci sərgi 2001-ci ildə Britanyanın London muzeyində sərgilənmişdi. Daha sonra islami incəsənət əsərləri İspanya, ABŞ, Fransa, Sinqapur və Maleziya muzeylərində də sərgilənib.
Kuveyt İslami incəsənət əsərləri mərkəzi 1983-cü ildə təsis olunub. Əsasən islami əsərlərə diqqət yetirir və mədəniyyət sahəsində fəaliyyət göstərir.
672576