İQNA Quran agentliyi “Hurriyet” qazetinə istinadən məlumat verir ki, Almaniya təhsil naziri Şuan bildirib ki, islamşünaslıq fakultələri ilk dəfə olaraq ölkənin “İsnabruk”, “Tubingen” və “Munster” universitetlərində açılacaq.
Şuan əlavə edib ki, bu fakültələrin açılmasından məqsəd Almaniyanın müxtəlif məscidlərinin idarə olunması üçün imam camaatların öyrədilməsi və onların xristian mədəniyyəti və ictimaiyyəti ilə tanış etməkdir.
Şuan həmçinin Almaniya məktəblərində islami dərslərin təşkil olunacağı layihəsindən xəbər verib və deyib ki, ALmaniya universitetlərində islami fakultələrdə diplom əldə etmiş şəxslər ölkə məktəblərində islami dərslər tədris edə bilərlər.
675789