İQNA Quran agentliyi “Misraviyə” saytına istinadən məlumat verir ki, Əhməd Əl-Teyib Livanın “ƏL-Nəhar” qəzeti ilə müsahibəsində bildirib kİ, Qurani Kərimdə və Peyğəmbərin (s) sünnətində şiələrin kafir olmasına dair heç bir sübut yoxdur.
Əl-Teyib deyib ki, şiələri kafir adlandırmaqdan məqsəd şiə və sünnilər arasında ixtilaf yaratmaq və ondan siyasi məqsədlər üçün istifadə etməkdir. Necə ki, bu proses 4 məzhəb arasında da baş verib.
“Bizim şiələrlə bütün ixtilaflı məsələmiz imamət məsələsidir”, -deyə Əl-Əzhərin şeyxi deyib. O əlavə edib ki, biz şiələrin arxasında namaz qılırıq və bəzi şaiyələrin əksinə olaraq şiələrdə digər islami məzhəblərdən fərqli Quran yoxdur.
ƏL-Teyib deyib ki, mən müsəlmanlar olan hər bir yerə səfər etməyə hazıram və əgər İraqa səfər etsəm Nəcəf şəhərini yəqinliklə ziyarət edəcəyəm. Ümid edirəm bu səfər İraqda yeni hökumət təşkilindən sonra baş tutacaq. 675570