İQNA Quran agentliyi Əl-Aləm saytına istinadən məlumat verir ki, Türkiyə Dəyanət Təşkilatının sədri Əli Bardaqoğlu bildirib ki, Türkiyədə ət qıdlığı davam edərsə Qurban bayramı günündə heyvanların kəsilməsi məsələsi təşkilatda müzakirəyə çıxarılacaq və sonar fətva veriləcək.
Bardakoğlu əlavə edib ki, əgər Qurban bayramında heyvanların zibh olunması Türkiyədə ət ehtiyatına təhlükəyə salarsa ola bilsin heyvanların kəsilməsi qadağan olunsun.
O əlavə edib ki, hazırda ölkədə qırmızı ətin vəziyyəti araşdırılır və bununla bağlı rəy gələn hətfə veriləcək.
Türkiyədə ət qıtlığına görə bu məhsulun qiyməti bahalaşıb və hökumət ət idxalına başlayıb lakin qiymətlər hələdə yüksəkdir.
676833