İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, cari ildə bu təşkilat İmam Rza (ə) mövludu münasibəti ilə müxtəlif ölkələrə dini alimlər göndərib.
Onun sözlərinə görə, həmin alimlər İranın mədəniyyət müşavirləri birlikdə İmam Rza (ə) dilində İslamin qaydalarını açıqlayıblar.
Kanadada İmam Rza (ə) mədəniyyət festivalı keçirilib
Pakayin deyib ki, İllk dəfə olaraq İmam Rza (ə) mədəniyyət festivalı müxtəlif ölkələrdə o cümlədən Kanada da təşkil olunub. Bu proqramda kitab sərgisi, İmam Rza (ə) haqda çıxışlar, şer və qəzəllərin oxunması, İmam Rza (ə) hərəmi haqda qısa metrajlı filimlərin göstərilməsi və digər proqramlar icra olunub.
Uşaqlar və yeni yetmələr üçün xüsusu proqramların icrası
Pakayin İranın Mədəniyyət müşavirləri həmçinin İmam Rza (ə) -la tanış olmaq məqsədi ilə uşaqlar və yeni yetmələr üçün xüsusi proqramlar həyata keçirib.
İmam Rza (ə) -ın kitabxanası təşkil olunub
Pakayin həmçinin əlavə eidib ki, İranın mədəniyyət müşavirləri gələn il bəzi ölkələrdə İmam Rza (ə)-ın kitabxanasını açacaqlar. "Əl-Huda" nəşriyyat məssisəsi İslami əlaqələr və mədəniyyət təşkilatının dəstəyi ilə bu işlə məşğuldur.
Onun sözlərinə görə, İmam Rza (ə) aid 800 kitab tərcümə olunub. 678464