İQNA Quran agentliyi İran İslam inqilabının Ali Liderinin rəsmi xəbər saytına istinadən məlumat verir ki, İran İslam İnqilabının dahi rəhbəri həzrət Ayətulah Xamenei ötən gün Qum əyalətiinin əhalisi ilə görüşüb.
Dahi rəhbər bu mənəvi toplantıda "şəhadət"-i çox dərin bir mövzu adlandırıb. "Şəhədaətə və şəhdilərin böyük dərəcələrinə inanmaq bir xalqın mahiyyəti və mənəvi şəxsiyyətinin dərinliklərininin göstəricisidir", -deyə Ali Rəhbər deyib.
Ayətullah Xamenei "İman, dini hislər və xalqın qorxmazlığı, şəhid ailələrinin səbr və dözümlüyü İran xalqı üçün şəhadət məsələsini asanlaşdırır. "Bu əsas məsələ haqda düşünmək lazımdır ki, İran xalqı hərbi texnologiyası, güclü təbliğat vasitələri olmadan necə eləyə bilib digər xalqların gözündə böyüsün. Bu cür "əziz və güclü " olub və dünyanın müxtəlif hadisələrində təsir edə bilir?", -deyə Ayətullah Xamenei bildirib.
İranın Dahi Rəhbəri Livan xalqının "İran xalqının" prezidentini o cür təmtəraqlı qarşılamasını təhlil və araşdırmağa layiqli məsələ adlandırıb. "Bu cür həqiqətlər İran xalqının digər xalqların gözündə böyüklüyü və cəzb ediciliyinin göstəricisidir", -deyə rəhbər deyib.
"Bir xalq və onun cavanları Allah yolunda özünü qurban verməyə inanırsa təbiidir ki, Allahın vədə verdiyi izzət, güc və böyüklüyü əldə edəcək və bu səbəbdən İran xalqı bu gün digər xalqlardan daha güclü və əzəmətlidir", -deyə Ali Rəhbər bildirib.
Ayətullah Xamenei İran xalqının əzəmətli olmasına ikinci amili şəhid olmuş ailələr, atalar, analar, övladlar və həyat yoldaşların olduğunu deyib. "Onlar əzizlərini itirməyin zahirdə acı olmasına baxmayaraq dözdülər və fəxr etdilər. Onlar Allahla sövdələşdirlər və həzrət Zeynəb Kubra (ə) həqiqi yolunu davam etdirdilər", -deyə Ayətullah Xamenei deyib.
Ali Rəhbər xalq və məsul şəxslərin Allaha imanlarını gündən-günə təqviyyət etdirilmələrinin zəruriliyindən danışıb. " Güc yaradan bu cür imanın qədrini bilməliyik və onu elm, texnologiya, siyasi, ictimai və iqtisadi inkişafımıza dəstək hesab etməliyik", -deyə Ayətullah bildirib. 679324