IQNA

İranın İslami əlaqələr və mədəniyyət təşkilatına yeni rəhbər təyin olunub

19:48 - October 26, 2010
Xəbər sayı: 2020350
Beynəlxalq şöbə: İranın İrşad və Mədəniyyət naziri Məhəmməd Hüseyni noyabrın 24-də islami əlaqələr və mədəniyyət təşkilatına rəhbər vəzifəsinə Məhəmməd Baqir Xorrəmşadı təyin edib. Bu münasibətlə noyabrın 24-də tədbir təşkil olunub.
İQNA Quran agentliyinin məlumatına əsasən, bu tədbir İslami əlaqələr və mədəniyyət təşkilatının (İƏMT) Əl-Zəhra (ə) hüseyniyyəsində təşkil olunub. Tədbirdə İƏMT-nin sabiq rəhbəri Mehdi Mustəfəvidən ötən üç il ərzində gördüyü işlərə görə təşəkkür edilib.
Tədbirdə İrşad nazirindən başqa onun müavinləri, İƏMT Ali şurasının üzvləri və bu təşkilatın işçiləri iştirak edirdi.
Məhəmməd Baqir Xorrəmşad bundan öncə İranın Xarici işlər nazirinin araşdırmalar üzrə müavini və elm nazirinin mədəniyyət və ictimaiyyətlə iş üzrə müavini vəzifələrində çalışıb.
Mehdi Mustafavi isə 2007-ci ildə sabiq İrşad naziri Səffar Herəndinin sərəncamı ilə bu vəzifəyə təyin olunmuşdu. Mustafavi həmçinin İran prezidenti Mahmud Əhmədinejadın müşaviri vəzifəsində də çalışır. 680381
captcha