İQNA Quran Agentliyinin Xorasan-e Rəzəvi bürosunun məlumatına əsasən, Məşhəd şəhər Rəzəvi xəstəxanasında keçirilən birinci İslami ölkələrdə sağlamlıq və turizm konfransında İranın Ticarət palatasının sədri Məhəmməd Nahavəndiyan bildirib ki, müsəlman ölkələrin birliyinin vaxtı gəlib çatıb və buna çatmaq üçün lazımdır ki, bu ölkələr bir-birləri ilə əməkdaşlıqlarını və birliklərini artırsınlar.
O əlavə edib ki, müştərək yük daşımaları, maqıstral yollar, banklar və sığorta fəaliyyətləri İslami ölkələrin inkişafı yollarından biridir və müsəlmanlar birgə çalışmalı və bir-birinin yanında inkişaf etməlidirlər.
Nahavəndiyan deyib ki, insanlarda həm maddi və həm mənəvi cəhətlər var və inkişaf etmək üçün bunların hər ikisini təkmilləşdirmək lazımdır. “Quranda dörd dəfə şəfa kəlməsi istifadə olunub, onlardan bir dəfəsi cismin sağlamlığı və üç dəfəsi mənəvi sağlamlıq üçnü istifadə olunub. Bu göstərir ki, İslam dini sağlamlığa çox böyük əhəmiyyət verir”, -deyə Nəhavəndiyan deyib.
O əlavə edib ki, xəstələr iki səbəbdən digər ölkələrə müalicə üçün səfər edirlər. Ya yaxşı həkim və ya yaxşı təchiz olunmuş xəstəxana axtarırlar və bu məqsədlə də səfər edirlər. Müsəlman ölkələrindən müalicə üçün daha çox Avropa ölkələrinə səfər edirlər, lakin onların oradakı həkimləri elə müsəlmandır. 659958