IQNA

İranda "beynəlxalq imperializmlə milli mübarizə" günü və məktəblilər günü təntənəli şəkildə qeyd olunub

23:47 - November 04, 2010
Xəbər sayı: 2025616
Siyasi şöbə: Bu gün ölkənin müxtəlif şəhərlərində məktəblilər 1979-cu ilin noyabr ayının 4-də məktəblilərin şəhid edilməsi və onların vilayət-e fəqihi müdafiə etməsinin xatirəsini yad etdilər. MƏktəblilər bu münasibətlə keçirilən mitinqlərə qatılmaqla bu şəhidlərin yolunu davam etdirəcəklərini nümayiş etdirdilər.
İQNA Quran Agentliyinin məlumatına əsasən, bu gün səhər saat 10-dan etibarən İranın paytaxtı Tehranla yanaşı digər şəhərlərdə də “beynəlxalq imperializmlə milli mübarizə” günü münasibəti ilə mitinqlər təşkil olundu.
Mitinqlərdə “Amerikaya ölüm”, “İsrailə ölüm”, “13 aban elm gövhər çırağının işıqlandığı gün”, “13 aban , imperializmə yox demək dərsi günüdür” və ölkənin ali rəhbəri ayətullah Xameneinin şagirdlər, tələbələr haqqında çıxışlarından bir hissəsi mitinq iştirakçıların əllərindəki şüar plakardlarının üzərində yazılmışdı.
Mitinq iştirakçıları İran İslam Respublikası rejimini və Vilayəti Fəqihi daima dəstəkləyəcəklərini və hegemon ölkələri öz arzularına çatmağa qoymayacaqlarını bir daha səsləndirdilər.
İranın İmam (rə) yolunun davamçıları təşkilatının üzvi və ABŞ-ın casusluq yuvasını mühasirə edən tələbələrdən olan və hazırda ölkənin dövlət televiziyasının rəhbəri olan İzzətullah Zərqami mitinq iştirakçıları üçün çıxış edib.
688696
captcha