IQNA

Səudiyyə Ərəbistanında Quranı əzbər oxuma beynəlxalq birliyinin idari şurasının iclası keçirilib

0:04 - November 06, 2010
Xəbər sayı: 2025887
Beynəlxalq şöbə: Quran əzbər oxuma beynəlxalq birliyin idari şurasının iyirminci iclası ötən gün Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilib.
İQNA Quran agentliyinin “Quran əzbər oxuma beynəlxalq birliyin rəsmi saytına istinadən məlumatına əsasən, iclasa Quran əzbər oxuma beynəlxalq birliyin idari şurasının sədri və Beynəlxalq İslam birliyinin baş katibi Abdullah bin Əbdülmöhsün Əl-Türki başçılıq edib.
İclasda müxtəlif məsələlər o cümlədən 1432-ci hicri qəməri ilində birliyin büdcəsinin təyin olunması, birlik və islami ölkələrin vəqflər nazirlikləri arasında əməkdaşlıq müqavilələrin imzalanması kimi məsələlər müzakirə olunub. 688984
captcha