IQNA

Fransa islami təşkilatları birliyi “Rəs” məscidinə edilən hörmətsizlikləri tənqid edib

20:46 - November 09, 2010
Xəbər sayı: 2028956
Beynəlxalq şöbə: Fransa islami təşkilatlar birliyi (UOİF) bəyanat yayaraq Rəs şəhərinin məscidinə qarşı olunan hörmətsizliyi qəbuledilməz adlandırıblar.
İQNA Quran agentliyi “uoif-online” saytına istinadən məlumat verir ki, UOİF bəyanatında naməlum şəxslərin Rəs şəhərinin tikilməkdə olan məscidinə hücumunu tənqid edib və bu birliyin məscidin tikinti işlərini tezliklə tamamlayacağını bildirib.
Bəyanatda bildirilir ki, UOİF Fransa rəsmiləri, qeyri islami təşkilatları , islami qrupları və siyasi partiyalarından istəyib ki, müsəlmanların ibadət ocaqlarına qarşı belə hörmətsizliklərin davam etməsinin qarşısı alsınlar.
Qeyd edək ki, naməlum şəxslər bazar günü səhər tikilməkdə olan Rəs şəhər məscidinə hücum edib. Onlar məscidi yandırmaq istəyiblər, lakin tikinti işçilərini gördükdən sonra hadisəni törədə bilməyib qaçıblar.
691144
captcha