İQNA Quran agentliyi “abhaber” saytına istinadən məlumat verir ki, dəyirmi masanın təşkilindən məqsəd Türkiyədə dini azlıqların vəziyyətinin araşdırılması və onların vəziyyətinin yaxşılaşdırılması və eləcə də Türkiyədə müxtəlif din mənsubları arasında münasibətlərin yaxşılaşdırılmasıdır.
Dəyirmi Masada Türkiyə Ələvilər birliyinin rəhbəri Metin Tarhan, Türkiyə Erməniləri kilsəsinin rəhbərlərindən olan Aram Ateşyan və Siryani məsihilər etilafının rəhbəri Johny Messo dini azlıqlarla bağlı məsələni müzakirə edəcəklər. 691095