IQNA

Almaniyalı müsəlmanlar Pakistanda təbii fəlakətdən ziyan görmüş şəxslərə yardım ediblər

23:52 - November 09, 2010
Xəbər sayı: 2029015
Beynəlxalq şöbə: Almaniyanın Norenberg şəhər müsəlmanları Pakistanda təbii fəlakətdən ziyan görmüş şəxslərə yardım etmək məqsədi ilə “yardım toplama fondu” təşkil ediblər.
İQNA Quran agentliyi “dunyabulteni” saytına istinadən məlumat verir ki, Norenberg şəhərinin “Ümid evi” birliyinin təşəbbüsü ilə təşkil olunan fond toplanmış yardımları Nigeriya və Pakistanda sel və daşqınlardan əziyyət çəkən şəxslərə göndərəcək.
Yardım toplama mərasimi ötən gün Norenberg şəhərinin müsəlman və qeyri müsəlman əhalisinin iştirakı ilə Qurani Kərimdən ayələrin tilavət olunması ilə başlayıb. Sonra “Ümid evi” birliyinin fəaliyyətləri haqda əhaliyə məlumat verilib.
Yardım toplama mərasimi çərçivəsində islami sənət əsərləri və əl işlərindən ibarət sərgi də təşkil olunb. Sərgidə nümayiş olunan əsərlər satışa çıxarılıb və toplanmış vəsait yardım fondunun rəhbərinə təqdim olunub.
Mərasimdə həmçinin Türkiyənin beynəlxalq yardım təşkilatının üzvi Bahattin Yıldızın xatirəsi yad edilb. Bahattin Yıldız Əfqanıstan xalqına yardım apararkən təyyarə qəzasında həlak olub. 691930
captcha