Bu sözləri Finlandiyanın “Delfort Group” Quran çapı üçün incə və zərif kağızlar istehsal edən şirkətin texniki məsələlər üzrə direktoru Henrik Bjorklof İQNA Quran agentliyinə müsahibəsində bildirib. O əlavə edib ki, Finlandiya çap sənayesi işlərində İranla əməkdaşlıqlarını artıracaq.
Bjorklof deyib ki, hazırda Delfort Group şirkəti və İranlı şirkətlər arasında Quran çapı üçün misilsiz kağızlar istehsalı və çapı ilə bağlı əlaqələrin inkişaf etdirilməsinə dair müzakirələr aparılır.
“Şərəfli səhifənin çapı” beynəlxalq sərgisində iştirak etmək üçün İrana səfər etmiş Bjorklof dini kitablara hörmətsizlik haqqında bildirib ki, fikrimcə insanların əksəriyyətinin inancları və müqəddəs hesab etdikləri dəyərlərə hörmətsizlik edən şəxslər sağlam ağıl və düşüncə sahibi deyillər.
“Şərəfli səhifənin çapı” beynəlxalq sərgisi noyabrın 8-dən 11-nə kimi Tehranın Niyavəran sarayında təşkil olunub. 691818