IQNA

Türkiyə sionistlərin Qüdsdə şəhərciklərin tikintisinin davam etdirilməsini pisləyib

15:52 - November 14, 2010
Xəbər sayı: 2031912
Beynəlxalq şöbə: Türkiyə xarici işlər nazirliyi noyabrın 13-də bəyanat yayaraq Qüds ətrafında sionistlərin yəhudi şəhərciklərinin tikintisinə davam etdirilməsini pisləyib.
İQNA Quran agentliyi Türkiyənin “sabah” qəzetinə istinadən məlumat verir ki, Türkiyənin xarici işlər nazirliyi işğalçı İsrail rejiminin Qüds ətrafında şəhərciklərin tikintisini davam etdirməsini beynəlxalq qətnamələrə zidd olduğunu və yeni 1000 mənzilin tikilməsi üçün fəaliyyətə başlamasını pisləyib.
Bəyanatda həmçinin bildirilir ki, bu kimi hərəkətlərin görülməsi sülh danışıqlarının davam etdirilməsinə problem yarada bilər , bu kimi addımlar Qüds islami və mədəni mahiyyətini dəyişmək məqsədi ilə atılır.
Türkiyə hökuməti Qüds ətrafında Yəhudi şəhərciklərinin tikilməsinin dayandırılmasını istəyib , bu kimi addımlar regionda sülhün təmin olunmasını təhlükəyə atdığı vurğulanıb. 694263
captcha