İQNA Quran agentliyi Türkiyənin “sabah” qəzetinə istinadən məlumat verir ki, Türkiyənin xarici işlər nazirliyi işğalçı İsrail rejiminin Qüds ətrafında şəhərciklərin tikintisini davam etdirməsini beynəlxalq qətnamələrə zidd olduğunu və yeni 1000 mənzilin tikilməsi üçün fəaliyyətə başlamasını pisləyib.
Bəyanatda həmçinin bildirilir ki, bu kimi hərəkətlərin görülməsi sülh danışıqlarının davam etdirilməsinə problem yarada bilər , bu kimi addımlar Qüds islami və mədəni mahiyyətini dəyişmək məqsədi ilə atılır.
Türkiyə hökuməti Qüds ətrafında Yəhudi şəhərciklərinin tikilməsinin dayandırılmasını istəyib , bu kimi addımlar regionda sülhün təmin olunmasını təhlükəyə atdığı vurğulanıb. 694263