İQNA Quran agentliyi Maleziyanın “Benama” xəbər agentliyinə istinadən məlumat verir ki, Maleziya islami inkişaf təşkilatının baş katibi Məhəmməd Şeyx Əbdüləziz noyabrın 12-də Maleziya islami şuraların 84-cü konfransında bu haqda məlumat verib. O deyib ki, İslami inkişaf təşkilatı halal brendlərinə icazə verən müəssisələrin təsis olunması layihəsini Maleziya sammitində təsdiqlədi və bu layihənin bütün əyalətlərdə icra etmək lazımdır.
Ədbüləziz deyib ki, Maleziya islami inkişaf təşkilatı Ayer Keroh şəhərində keçirilən islami şuraların konfransında halal brendlərinin verilməsi üçün yaradılacaq müəssisələrin alacaqları xərclər məsələsini müzakirə edəcək.
Əbdüləziz həmçinin deyib ki, hazırda halal brendi üçün icazəni www.halal.gov.my saytı vasitəsi ilə də online rejimdə almaq olar.
Onun sözlərinə görə, 2013-cü ildə Negri Smbilin əyalətinin Nilay şəhərində halah brendlər sənayesini inkişaf etdirmək məqsədi ilə müəssisə yaradılacaq.
Müəssisədə labarotoriya fəaliyyt göstərəcək və kəsilmiş ətlərin halal ya qeyri halal olmasını müəyyənləşdirəcək. 694299