İQNA Quran agentliyi “ic-el” saytına istinadən məlumat verir ki, kurslar yeni müsəlman olmuş qadınların islamın əsasları və Qurani Kərimlə daha yaxından tanış olması məqsədi ilə təşkil olunur. Kurslar 10 həftə müddətində şənbə günləri saat 17-dən 19-a kimi İngilis islami mərkəzində keçiriləcək.
Kurslar üç bölmədə yeni başlayanlar, az biliyi olanlar və daha yaxşı örənənlər üçün təşkil olunur. Qurani Kərimin qiraəti , əhkam , əqaid, islami əxlaq dərsləri yeni müsəlman olmuş qadınlara keçiriləcək.
Bundan öncə İngilis İslami Mərkəzi 10 həftə müddətinə islami hökümlər və Quranın qiraəti kurslarını yeni müsəlman olmuş kişilər üçün də təşkil edib.
Qeyd edək ki, İngilis İslami Mərkəzində Ərəfə günü zöhr və əsr namazından sonra Ərəfə duası oxunacaq, və noyabrın 17-də də Qurban bayramı namazı qılınacaq və bayram şənlikləri təşkil olunacaq. 694227