İQNA Quran agentliyi ISESCO-nun saytına istinadən məlumat verir ki, İslami təhsil, mədəniyyət və elm təşkilatının baş katibi ( ISESCO) Əbdüləziz bin Osman Əl-Təvicri noyabrın 12-də “Əl-Həyat” qəzetində dərc etdiyi “Dünyada sülhün inkişaf etdirilməsi üçün dinlərarasında dostluq” adlı məqaləsində yazıb ki, hazırda dünyanın müxtəlif regionlarında siyasi, iqtisadi və ictimai vəziyyət gərgindir və dostluğun artırılması və beynəlxalq əlaqələrin mahiyyətinin dərk edilməsi bu böhranların həllinə kömək edə bilər.
BMT noyabrın ilk həftəsini “Dinlərarsında dostluq beynəlxalq həftəsi” adlandırıb və Əl-Təhicri bu münasibətlə yazdığı məqalədə yazır ki, hazırkı əsrdə dinlər arasında münaqişə bir səviyyədə deyil, müxtəlif səviyyəlidir, dünyada baş verən münaqişələrin əksəriyyətinin başlama səbəbi ilk növbədə dinidir.
O sionist rejiminin ifratçı dini siyasətlərinə işarə edib və deyib ki, İsrail bu idda ilə ki, Yəhudi dövlətdir özünü Fələstin torpaqlarının sahibi bilir və istədiyi hərəkəti edir. Noyabrın ilk həftəsinin BMT tərəfindən “Dinlər arsında dostluq beynəlxalq həftəsi” kimi seçilməsini danışıq mədəniyyəti və , dostluq şəraitində yaşamaq üçün atılmış mühüm addım hesab edib. 694252