IQNA

Ayətullah Qəblan noyabrın 17-ni Qurban bayramı günü elan etdi

16:19 - November 14, 2010
Xəbər sayı: 2031938
Siyasi – ictimai şöbə: Livan şiələrinin İslami Ali məclisinin rəis müavini Ayətullah Əbdül-Əmir Qəblan noyabr ayının 17-ni Qurban bayramı günü kimi elan etdi.
İQNA Quran agentliyi “lebanonfiles” saytına istinadən məlumat verir ki, Qurban bayramı namazı çərşənbə günü Livan şiələri islami ali məclisinin Beyrutdakı “Milli vəhdət” salonunda yerli vaxtla saat 07:30-da qılınacaq. Namazdan öncə xütbə oxunacaq.
Məlumata əsasən, Səudiyyə Ərəbistanın ali məhkəməsi cari ildə noyabr ayının 16-nı Qurban bayramı günü kimi elan edib. 694408
captcha