IQNA

Bu il Həcc ziyarəti xəbərlərini 300 –dən çox jurnalist işıqlandırıb

22:40 - November 18, 2010
Xəbər sayı: 2033686
Beynəlxalq şöbə: Dünyanın müxtəlif ölkələrindən 300 nəfərdən çox jurnalist Həcc ziyarəti başladığı gündən Məkkə şəhərindən həcc ziyarəti xəbərlərini işıqlandırıb.
İQNA Quran agentliyi Səudiyyə Ərəbistanın “Haj Information” saytına istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanın rabitə və mədəniyyət nazirliyi cari ilin Həcc mövsümündə dünyanın müxtəlif ölkələrindən 30 mətbu orqandan 300-dən çox journalistin Məkkədə Həcc ziyarəti xəbərlərini işiqlandırmaq üçün dəvət edib.
Hazırda Səudiyyə Ərəbistanın rabitə və mədəniyyət nazirliyinin Ciddə, Məkkə, Mədinə, Ərəfat və Mina olan ofislərində həmin jurnalistlərin fəaliyyəti üçün lazimi şərait yaradılıb. Onlar Həcc ziyarətinin sonunadək oradan xəbərləri işiqlandırır.
696685
captcha