IQNA

London universitetində şiə alimlərinin əsərləri araşdırılacaq

19:41 - November 21, 2010
Xəbər sayı: 2035361
Beynəlxalq şöbə: Böyük Britaniyanın şiə araşdırmalar mərkəzinin təşəbbüsü (CISS) ilə 2011-ci ilin mart ayında London Universitetinin Afriqa və Şərq araşdırmalar mərkəzində (SOAS) seminar təşkil olunacaq. Seminarda şiə alimlərinin əsərləri araşdırılacaq.
İQNA Quran agentliyi “shiastudies” saytına istinadən məlumat verir ki, CISS şiə alimlərini tanımaq və tanıtmaq eləcə də onların şiə məzhəbinin fiqh və üsulü haqda əsərlərini araşdırmaq və tanıtmaq məqsədi ilə seminarı təşkil edəcək.
Seminar “İslami elmlərdə qabaqcıl əsərlər, XVI ərsdən indiyədək şiə elmi” adı ilə yerli vaxtla saat 9:30-dan 17-dək davam edəcək.
“Molla Sədranın Əsfare Ərbəə, Əllamə Məclisinin Biharul-Ənvar, Şeyx Hürr Amilinin Vəsaülüş-şiə, Şeyx Murtəza Ənsarinin Əl-Məkasib, Molla Məhəmməd Kazım Xorasaninin Kifayət-ul-usul, Ayətullah Xoinin Möcəmül-ricalul-hədis və digə alimlərin əsərləri seminarda araşdırılacaq”, -deyə məlumatda deyilir.
Doktrantura pilləsində oxuyan araşdırmaçılar, tələbələr və alimlər bu əsərlərlə bağlı məqalələrinin xülasəsini dekabrın 6-dək seminarın katibliyinə göndərə bilərlər.
Seminar İngilis dilində keçiriləcək qalib gəlmiş məqalələr CISS mərkəzi tərəfindən jurnal formasında çap olunacaq. 698946
captcha