IQNA

800-dən çox inanclı xanım hicabla bağlı qəbul olunmuş müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim ediblər

20:55 - November 25, 2010
Xəbər sayı: 2037414
Beynəlxalq şöbə: Bu gün Azərbaycanın paytaxtı Bakıda Hicab məsələsi üzrə üçüncü forum təşkil olunub. Forum iştirakçıları “Təzəpir” məscidinə gedərək Qafqaz Müsəlmanları İdarəsinin sədrinə müraciət təqdim ediblər.
İQNA Quran agentliyinin “deyerler.org” saytına istinadən məlumat verir ki, noyabr ayının 25-də Bakıda Hicab məsələsi üzrə 3-cü Foruma toplanmış 800-ə yaxın inanclı xanım, bir sıra məktəblərdə yer alan hicabla bağlı məhdudiyyətlərdən narahatlıqlarını ifadə ediblər.
Forumun yekunu olaraq, hüquq müdafiə müstəvisində atılacaq konkret addımlar barədə qərarlar qəbul edilmiş, problemlə bağlı müraciətlər qəbul edilib.

Tədbirdən sonra Forumun iştirakçıları “Təzəpir” məscidinə gedib. “Qədir-Xum” bayramı günündə keçirilən bu zitarətdə, yüzlərlə xanım məscidi ziyarət edib, məktəblərdə hicabla bağlı yaşanan problemin həlli üçün dualar edib, Forumda qəbul edilən müraciəti Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə çatdırmaq üçün təqdim ediblər.
captcha