İQNA Quran agentliyinin “deyerler.org” saytına istinadən məlumat verir ki, noyabr ayının 25-də Bakıda Hicab məsələsi üzrə 3-cü Foruma toplanmış 800-ə yaxın inanclı xanım, bir sıra məktəblərdə yer alan hicabla bağlı məhdudiyyətlərdən narahatlıqlarını ifadə ediblər.
Forumun yekunu olaraq, hüquq müdafiə müstəvisində atılacaq konkret addımlar barədə qərarlar qəbul edilmiş, problemlə bağlı müraciətlər qəbul edilib.
Tədbirdən sonra Forumun iştirakçıları “Təzəpir” məscidinə gedib. “Qədir-Xum” bayramı günündə keçirilən bu zitarətdə, yüzlərlə xanım məscidi ziyarət edib, məktəblərdə hicabla bağlı yaşanan problemin həlli üçün dualar edib, Forumda qəbul edilən müraciəti Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə çatdırmaq üçün təqdim ediblər.