Beynəlxalq şöbə: Əl-Mustafa beynəlxalq univerisitetinin tərbiyəvi işlər üzrə rektor müavini Məhəmmədrza Saleh deyib ki, bir neçə Avropa və Asiya ölkərində 40 Qurani Kərim mərkəzi (Darul-Quran) təsis olunub.
İQNA Quran agentliyinə müsahibə verən Saleh deyib ki, hazırda Əl-Mustafa (s)beynəlxalq universiteti dünyanın 50-dən çox ölkəsində 110 Darul-Quran təsis olunub. O əlavə edib ki, bu mərkəzlərin yaradılmasında məqsəd təbliğat aparmaq və islamı təbliğ etməkdir. “Quran və islami maarifin öyrədilməsi, Əhli-beyt (ə) həyatı ilə tanışlıq universitetin mərkəzləri yaratmaqdan məqsədidir”, -deyə Saleh deyib.
Saleh yeni təsis olmuş 40 Darul-Quranın Tayland, Miyanmar, Bosniya və Türkiyənin müxtəlif şəhərlərində yaradıldığını deyib. 701715