IQNA

Almaniyanın “Saksoni” əyalətində şagirdlər və tələbələrə islami geyim sərbəst elan olunub

22:59 - November 27, 2010
Xəbər sayı: 2038430
Beynəlxalq şöbə: Almaniyanın “Saksoni” əyalətində təhsil nazirliyi şagirdlər və tələbələr üçün hicab geyiminə qoyulmuş qadağanı qaldırıb və onlara islami geyimi sərbəst elan edib.
İQNA Quran agentliyi “Aksam” saytına istinadən məlumat verir ki, Saksoni əyaləti üzrə təhsil nazirliyi qərar qəbul edib ki, bundan sonra əyalətin müsəlman tələbə və şagirdlərinə icazə verilir ki, islami geyim və hicabla təhsil müssisələrinə gediş-gəliş etsinlər.
Saksoni əyalət rəsmiləri şagirdlərə niqabdan istifadə etməni qadagan edərək, ancaq baş örtüyü istifadə etməyə icazə veriblər.702223
captcha