İQNA Quran agentliyi “Muhit” saytına istinadən məlumat verir ki, Kuveyt vəqflər nazirliyinin incəsənət işləri üzrə ofisin rəhbəri Ənvər Əl-Həmd deyib ki, kursların təşkilindən məqsəd məscid imamları, xətiblər və müəzzinlərin elmi səviyyəsini artırmaq və cəmiyyətə xidmətin səviyyəsinin yaxşılaşdırılmasıdır.
O əlavə edib ki, savadsız fətvaların qarşısını almaq və ifrat və təfritin qarşısını almaq kursların təşkil olunmasında ikinci hədəfdir.
Onun sözlərinə görə, Kuveytin hər bir əyalətində bu layihənin icrası üçün bir məscid seçilib. Kurslarda təcrübəli ekspert və müəllimlərdən istifadə olunur.
Ənvər Əl-Həmd deyib ki, kurslarda nəhv və təcvid elmləri həftədə iki gün öyrədiləcək. Kursların sonunda iştirakçılara diplomlar təqdim olunacaq. 703856