İQNA Quran agentliyi “Gulf Base” saytına istinadən məlumat verir ki, Əl-Berkə Bankçılıq şirkətlər qrupunun direktoru və Ərəb ölkələri Banklar birliyinin sədri Ədnan Yusif bildirib ki, ən böyük islami bankın təsis edilməsi üçün ilkin işlər görülüb və hazırda bu bankın təsisi üçün Əl-Berkə Bankçılıq şirkətlər qrupunun sədri Saleh Kamil və investorlar arasında müzakirələr aparılır.
Bankın ilkin kapitalı 3 milyard dollar olacaq. Əl-Berkə qrupu Londonda təsis olunub. 1982-ci ildə Səudiyyə Ərəbistanın Ciddə şəhəridnə 500 milyon dollar ilkin kapitalla öz işinə başlayıb. Hazırda dünyanın müxtəlif ölkələrində o cümlədən London, Sudan, Türkiyə, Ərəbistan, Dubai, Bəhreyn, Misir, İraq və Sinqapurda filalları var. 703726